Şriftin ölçüsü :

Saytın rəngi :

“İşıqlı həyat” layihəsinin Nərimanov rayon mərhələsi keçirilmişdir.

12 iyun 2014 | 15:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı ilə birgə Azərbaycanda ilk dəfə “Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat” sosial yönümlü layihə həyata keçirilir.
Belə ki, 11 iyun 2014-cü il tarixdə saat 11:00-da Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qaranlıqda görün” şüarı altında həyata keçirdiyi “İşıqlı həyat” sosial yönümlü layihə çərçivəsində növbəti tədbir keçirilmişdir.
Layihənin əsas məqsədi Azərbaycan əhalisinin, xüsusən, gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır. Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda, öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Ş.İsmayılov, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin  şöbə müdiri V.Əsədov, Bakı Modern Məktəbinin təlim işləri üzrə direktor müavini K.Bağırova, rayonun bir qrup fəal gənci və məktəbin şagirdləri iştirak etmişdir.
Tədbirdə layihənin əhəmiyyətliliyindən bəhs edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Sonda xüsusi olaraq hazırlanmış işıq qaytarıcıları tədbir iştirakçılarına paylanmışdır.

 

Keçidlər