Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir Azərbaycan tarixinin və Ümumilli lider Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən dərslərin yekunlarına və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

14 iyun 2014 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətində müasir  Azərbaycan tarixinin və Ümumilli lider Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən dərslərin yekunlarına və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Ümumilli lider Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən dərslərin uğurla tədris olunduğunu, keçirilən açıq dərslərdə rayonun qabaqcıl və yüksək tədris peşəkarlığı ilə seçilən müəllimlər tərəfindən şagirdlərə dahi şəxsiyyət haqqında geniş məlumat verildiyini, onun həyat və fəaliyyətinin müxtəlif aspektlərinin geniş təhlil edildiyini, eyni zamanada Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıldığını bildirmişdir.
İ.Mahmudova qeyd etmişdir ki, qeyd olunan dərslər, həmçinin Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər, fotoşəkil, kitab və eksponatlar şagirdlər  tərəfindən böyük maraqla qarşılanaraq onlarda zəngin təəssüratlar yaratmış, eyni zamanda şagirlərin hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları və Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər kimi yetişmələri üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Natiq həmçinin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyev qədirbilən xalqımızın təkidli tələbi ilə ağır məsuliyyəti üzərinə götürərək yenidən siyasi hakimiyyətə qaytmış və uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etmişdir.
Tədbirin sonunda müasir  Azərbaycan tarixinin və Ümumilli lider Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün dərslərin tədrisi və təşkilində yüksək peşəkarlıq nümayş etdirən bir sıra müəllimlərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.

 

Keçidlər