26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon ərazisində yaşayan torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş təşkil olunmuşdur.
Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ordumuzun şanlı tarixindən, onun yaradılmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmış, dahi rəhbərin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu, onun böyük quruculuq yolu keçərək, öz peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər an məhv etməyə hazır olan bugünkü yüksək səviyyəyə gəlib çatdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi vardır. Bütün bunlara görə xalqımız müstəqil dövlətimizin və ordumuzun qurucusu Ulu öndər Heydər Əliyevə borcludur. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Natiq həmçinin qeyd etmişdir ki, Azərbaycan Ordusu bu gün bütün regionda maddi-texniki bazasına, ən müasir silahlara malik olmasına görə ən güclü ordudur. Ali Baş Komandan İlham Əliyev ordumuzun qüdrətini hər vasitə ilə artırmağa böyük önəm verir. Dövlət başçısının tez-tez cəbhə bölgəsinə səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə səngərdə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə yenilməz inamı möhkəmləndirir.
İ.Mahmudova Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.
Tədbirə qatılan Qarabağ müharibəsi əlilləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmiş, eyni zamanda, işğal altındakı bütün torpaqlarımızın yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə etmişlər.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri və veteranlarına maddi yardım göstərilmişdir.