Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Müəllimlər İnstitutunda “Məzun-2014” adlı təntənəli tədbir keçirilmişdir

11 iyul 2014 | 15:00

Azərbaycan Müəllimlər İnstitutunda “Məzun-2014” adlı təntənəli tədbir keçirilib. Tədbirdə institut rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, qonaqlar, o cümlədən, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova və digərləri iştirak etmişlər. Əvvəlcə institutun professor-müəllim heyəti, qonaqlar, bütün məzun və tələbələr institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət olunub, ümummilli liderin büstü önünə əklil qoyulub.
  Tədbiri institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq bütün tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib və onlara gələcək həyatda uğurlar arzulayıb. Rektor qeyd edib ki, 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları üzrə, ümumilikdə, 1856 bakalavr və baza institutunda 24 magistr məzun olur. Vurğulanıb ki, məzun olmaq təkcə yüksək şərəf deyil, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Məzun olmaq həm də yüksək ictimai məsuliyyətdir. Çətin və şərəfli olan müəllim peşəsinə yiyələnmiş məzunlar məhz gələcək nəslin tərbiyə edilməsində əsas rol oynayacaqlar.
Rektor prof. A.Naxçıvanlı qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, "Mən dünyada müəllim adından yüksək ad tanımıram." Bu, müəllimlərə verilən ən yüksək qiymətdir. Ulu öndərin ideyaları indi də yaşayır, inkişaf edir. Ölkəmizdəki bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir. Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Bu il institutda əlamətdar bir hadisənin – Azırbaycan Müəllimlər İnstitutunun yaradılmasının 85 illiyinin qeyd ediləcəyini bildirən rektor prof. A.Naxçıvanlı tədbir iştirakçılarını “Məzun günü” münasibətilə təbrik edib, hər kəsə gələcək həyatda yeni-yeni uğurlar arzu edib.
  Dövlət himni səsləndirildikdən sonra məzun günündə iştirak edən qonaqlar çıxış edərək məzunları təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün gənclərin inkişafı üçün yaradılan şərait gənclərin cəmiyyətin bütün sahələrində təmsil olunmasına imkan yaradır. Təməli ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan gənclərinin ictimai-siyasi hadisələrdə iştirakının stimullaşdırılması üçün son illərdə ölkəmizdə xeyli işlər görülmüşdür. Həqiqətən də, bu gün cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşür.
  Daha sonra təhsildə və institutun ictimai işlərində fəallığı ilə fərqlənmiş məzunlara müvafiq “Fəxri fərman”lar təqdim edilib. Məzunlar müasir tələblərə cavab verən belə bir ali təhsil ocağında yüksək təhsil ala bilmələri üçün yaradılmış şəraitə, göstərilən qayğı və diqqətə görə institutun rektoru professor Aqiyə xanım Naxçıvanlıya minnətdarlıqlarını bildirmişlər.
  Tədbirdə bir neçə məzun qrupları xüsusi hazırlanmış musiqili təbrik nömrələrini təqdim ediblər, institutun Tələbə Gənclər Təşkilatı fəalları tərəfindən fləşmob nümayiş etdirilib. İnstitutun özfəaliyyət dərnəyinin üzvlərinin, populyar estrada müğənnilərinin, rəqs qrupunun gözəl ifalarından ibarət konsert proqramı böyük maraqla qarşılanmışdır.

Keçidlər