Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışında iştirak edib.

29 sentyabr 2014 | 15:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub.
  Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.
  Sonra bağçanın açılışı olub.
  Binanın foyesində ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, dövlətimizin başçısı İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.
  Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
  Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
  Bağça ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirdi.
 

Keçidlər