Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evində Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirilib.

04 oktyabr 2014 | 15:00

4 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Qurban bayramı münasibətilə rayon ərazisində yerləşən Psixonevroloji Uşaq Evində müalicə alan fiziki və əqli qüsuru olan uşaqlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, ölkəmizdə hər qəbildən, xüsusən də fiziki və əqli qüsuru olan uşaqlar və böyüklər üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.
Müqəddəs Qurban bayramının insanları rəhmli və xeyirxah olmağa, sülhə və əmin-amanlığa çağırdığını, hər bir müsəlmanın bu bayram günlərində ehtiyacı olanlara kömək göstərməyi özünə borc bildiyini diqqətə çatdıran İ.Mahmudova ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişə uşaqlara diqqət və qayğı ilə yanaşdığını xüsusilə qeyd edib, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlığın dayandığını və bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib fəaliyyətinin hər birimizə örnək olduğunu vurğulayıb.
Psixonevroloji Uşaq Evinin rəhbərliyi onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
Vurğulanıb ki, fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyacları var. Onların da məhz belə bir ehtiyacını bu cür qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən səhiyyə ocağının rəhbəri dövlətimiz tərəfindən davamlı şəkildə onlara bu cür qayğıların göstərildiyini də diqqətə çatdırıb.
Fiziki və əqli qüsuru olan uşaqlar qarşısında çıxış edən digər qonaqlar da onları bayram münasibətilə təbrik edib, xoş arzu və niyyətlərini çatdırıblar.
Maraqlı konsert proqramı il başa çatan görüş uşaqların böyük sevincinə səbəb olub.
Sonda uşaqlara bayram sovqatı paylanmışdır.

Keçidlər