Şriftin ölçüsü :

Saytın rəngi :

“Rənglərin dili ilə” adlı uşaqların rəsm sərgi-müsabiqəsində Nərimanov rayonunu təmsil edən məktəbli ikinci yerə layiq görülmüşdür.

09 oktyabr 2014 | 15:00

9 oktyabr tarixində Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda “Rənglərin dili ilə” uşaqların rəsm sərgi-müsabiqəsi keçirilmişdir.
Tədbirdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, QHT nümayəndələri, Bakı şəhəri üzrə İcra Hakimiyyətlərinin nümayəndələri, məktəblilər iştirak etmişdir.
Müsabiqədə Nərimanov rayonunu təmsil edən məktəblilərdən 212 saylı orta məktəbin şagirdi Süleymanlı Əlinin çəkdiyi rəsm ikinci yerə layiq görülmüşdür.
Tədbirin əsas məqsədi uşaqlar arasında zorakılıq hallarının aradan qaldırılması, onlara daha çox zamanın ayrılması, rənglərin dili ilə onların nə demək istədiklərini dinləmək, gənc rəssamların rənglər dünyasına nəzər yetirməkdir.
Mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib olmuş I, II və III yerləri tutmuş və 10 nəfər fərqlənmiş məktəblilərə diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər