Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Biz narkomanlığa qalib gələcəyik” mövzusunda tədbir keçirilmişdir.

10 oktyabr 2014 | 15:00

10 oktyabr 2014-cü il tarixdə Nərimanov rayonunda fəaliyyət göstərən “Təfəkkür” Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz narkomanlığa qalib gələcəyik” mövzusunda tədbir keçirilmişdir.
Ali təhsil müəssisənin rəhbərliyinin, tələbə və müəllim heyətinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən İ.Mahmudova ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulamışdır.
Natiq bildirmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.
Qeyd edilmişdir ki, Nərimanov rayonun bütün idarə və müəssisələrində  narkomanlığın cəmiyyətə ziyanına dair  keçirilən silsilə tədbirlərdə də əsas məqsəd məhz maarifləndirmənin lazımi səviyyədə təşkili, ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınmasıdır.
Çıxış edən natiqlər narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali təhsil məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.
Tələbələrin bu qəbildən olan tədbirlərin reallaşması nəticəsində narkomaniyanın ziyanı haqqında kifayət qədər maariflənəcəyinə, öz təşəbbüsləri, kreativ ideyaları vasitəsilə narkomaniya əleyhinə təbliğatda fəallıq göstərərək özlərini bu işin qurulmasında lazımlı və gərəkli hiss edəcəklərinə əminlik ifadə olunmuşdur.

 

Keçidlər