Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr edilmiş rayon gənclərinin toplantısı keçirilib.
28 oktyabr 2014-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr edilmiş rayon gənclərinin toplantısı keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Tərxis Olunmuş Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər.
İlk öncə Zəngilan rayonunun Milli Qəhrəmanlarının və vəfat etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və Zəngilan da daxil olmaqla 7 rayonun erməni qəsbkarları tərəfindən işğal olunmasından, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri terror aktlarının ağrı-acılarından danışmış, ötən 20 ilin məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtmaq qətiyyətini zərrə qədər sarsıtmadığını bildirmiş, Azərbaycanın haqq-ədalət işinin uğurla nəticələnəcəyinə inamlarını ifadə edib.
Sonra çıxış edən tarixçi Ramazan Hüseynov, Azərbaycan Turizm İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Ağamir Ağamirov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov və Tərxis Olunmuş Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışlarında Azərbaycan diplomatiyasının uğurları nəticəsində beynəlxalq aləmdə erməni işğalçılarına qarşı təzyiqlərin ildən-ilə gücləndiyi, eyni zamanda, ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzində olan ordu quruculuğu sahəsində ciddi işlərin aparıldığı qeyd etmişdilər. Azərbaycanın məruz qaldığı işğal ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın fərdi və kollektiv şəkildə mütəşəkkil fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuyıblar.
Sonda ermənilər tərəfindən zəbt olunmuş şəhər və rayonlarımızın, o cümlədən Zəngilanın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıblar.