Şriftin ölçüsü :

Saytın rəngi :

46 yaşı tamam olan Vətən Müharibəsi şəhidi polkovnik – leytenant Qərib Baxşəliyevin əziz xatirəsi yad edilib.

22 may 2023 | 16:33

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də şəhid polkovnik – leytenant Qərib İnqilab oğlu Baxşəliyevdir. Qərib Baxşəliyev 3 noyabr 2020-ci ildə Zəngilan rayonun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizin bu il mayın 22-də 46 yaşı tamam olacaqdı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 46 yaşı tamam olan şəhidimiz polkovnik – leytenant Qərib Baxşəliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Qərib Baxşəliyevin xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər