Şriftin ölçüsü :

Saytın rəngi :

Ziya Bünyadov prospektində 600 metrlik tunel tikilir.

16 avqust 2012 | 15:00

Bu ilin sonuna qədər Bakıda daha bir yol ötürücüsü istifadəyə veriləcək.
2012-ci ilin sonunda Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatacaq.
Uzunluğu 600 metr, eni 28,5 metr nəzərdə tutulan yol ötürücüsü 6 hərəkət zolağından və 11 dayaqdan ibarət olacaq. Yanaşma yolları 272 metr təşkil edəcək yol ötürücüsünün Böyük Şor istiqamətində olan bir tərəfi və istinad divarlarının tikintisi başa çatdırılıb. Hazırda əks istiqamətdə svay-qazma işləri yekunlaşıb, iki kənar dayağın hər ikisi betonlanıb.
Məlumatda həmçinin qeyd olunur ki, ərazidə olan elektrik xətləri köçürülüb, su, kanalizasiya, rabitə xətlərinin köçürülməsi işləri davam etdirilir.
Qeyd edək ki, inşasına 2011-ci ildə start verilən layihənin 2012-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.
 

Keçidlər