Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalqa sədaqətin 22 ili" adlı Siyasi Olimpiada keçirilib

21 noyabr 2014 | 16:00

Bu gün Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ili münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən "Xalqa sədaqətin 22 ili" adlı Siyasi Olimpiada keçirilib.
  Olimpiadada Bakı şəhərinin 11 rayonu ilə yanaşı, Sumqayıt şəhərinin və Abşeron rayonunun komandaları iştirak etmişlər. Yarışda 1-ci yeri Sumqayıt şəhər komandası, 2-ci yeri Suraxanı rayon komandası, 3-cü yeri Sabunçu rayon komandası, 4-cü yeri isə Nərimanov rayon komandası tutmuşlar. Qaliblər YAP Gənclər Birliyi tərəfindən qiymətli hədiyyələr, diplomlar və kuboklarla mükafatlandırılmışlar.

 

Keçidlər