Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məktəblilərin XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə rayon birinciliyi başa çatıb.

04 dekabr 2014 | 16:00

03 dekabr 2014-cü il tarixdə 258 saylı tam orta məktəbin idman zalında Nərimanov rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan stolüstü tennis növü üzrə rayon birinciliyi keçirilib.
  Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçıları salamlamış, onlara uğurlar arzulayıb.
Yarışda rayonun 20 məktəb komandası tərkibində 100 nəfər məktəbli (onlardan 40 nəfəri qızlardır) iştirak edib.
  Yarışın nəticəsinə görə I yeri 258 saylı tam orta məktəbin komandası, II yeri 82 saylı tam orta məktəbin komandası, III yeri isə 291 saylı “Araz” Ekologiya Liseyin komandası tutmuşlar.
Qalib komandaların üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunublar.
 

Keçidlər