Nərimanov rayonunda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilib
25 dekabr 2014 | 16:00
25 dekabr 2014-cü il tarixdə Nərimanov rayonunda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilib.
Tədbirdə 100-ə yaxın uşaq iştirak edib.
Şənliyin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin sədri Cəmilə Abdullayeva çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etmişlər.
Tədbir bayram konserti və bayram süfrəsi ilə davam etmişdir.








