Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun komandası Bakı şəhər çempionu olub

26 dekabr 2014 | 16:00

26 dekabr 2014-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışın final mərhələsi keçirilib. Yarışda 11 rayon komandası tərkibində 55 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir.

Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası, II yeri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin komandası, III yeri Yasamal rayonu Akademik Zərifə Əliyeva adına liseyin komandası tutmuşlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVII spartakiadanın mandat komissiyasının sədri Əlizadə Cəlil qalibləri təbrik etmiş, tədbir iştirakçılarını qarşıdan gələn “31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni – 2015-ci il”in gəlişi münasibətilə təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Tədbirdə həmçinin 2015-ci ildə ilk dəfə olaraq Bakı şəhərində keçiriləcək Avropa Oyunlarının proqramına daxil olan stolüstü tennis növü üzrə yarışa vəsiqə qazanmış yeganə paytaxt məktəblisi, Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandasının kapitanı Həsənov Nurlana uğurlar arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər