“Peyntbol” üzrə rayon turniri başa çatdı.
10-29 dekabr 2014-cü il tarixlərində Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Peyntbol” üzrə rayon turniri keçirilmişdir.
Turnirdə 12 komanda iştirak etmişdir: Azərbaycan Turizm İnstitutunun, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və orta ümumtəhsil məktəblilərinin gənc idman müəllimlərindən ibarət “Gənc idmançılar” komandaları.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan “Odlar Yurdu” Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun komandaları arasında keçirilən oyunda “Odlar Yurdu” Universitetinin komandası, III-IV yerlər uğrunda mübarizə aparan “Bakı Avrasiya” Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandaları arasında keçirilən oyunda “Bakı Avrasiya” Universitetinin komandası qalib gəlmişdir.
Turnirin bağlanışında çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə bütün iştirakçıları “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü” və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi, onlara dərslərində və gələcək həyatlarında uğurlar arzuladı.
Qalib komandalar İdarə tərəfindən diplom, fəxri fərman və medallar ilə təltif edilmişlər.