Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

26 yanvar 2015 | 16:00

26 yanvar 2015-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nurəddin Abbasov hesabatla çıxış edərək qeyd etmişdir ki, Bakı şəhərində müasir infrastrukturların yaradılması, burada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, paytaxtda müsbət dəyişikliklər davam edir, şəhərimizin  siması günü-gündən gözəlləşir və müasirləşir.

Bu dəyişikliklər Nərimanov rayonunda bütün sahələr üzrə öz əksini tapmış, son illər ərzində bir sıra əhəmiyyətli işlər, geniş miqyaslı abadlıq-quruculuq işləri və irimiqyaslı layihələr həyata keçirilmişdir.

Paytaxtımızın sürətlə inkişaf edən rayonlarından olan Nərimanov rayonunun 2 nömrəli sahə inzibati ərazi dairəsində hazırda 70474 nəfər əhali yaşayır və yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 18272-dir. 

2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi öz fəaliyyətini İcra Hakimiyyəti Başçısının  tapşırıqlarını yerinə yetirmək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək İcra Hakimiyyəti Başçısına təkliflər vermək , ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyə, qeyri-hökümət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaqdan ibarətdir.

Hesabat dövründə  nümayəndəliyin ərazisində Rayon İcra Hakimiyyəti başçısının 11 səyyar görüş və qəbulları keçirilmişdir. Keçirilən səyyar görüş və qəbullar zamanı  958  sakin iştirak etmiş və 116  müraciət qeydə alınmışdır.Edilən müraciətlər təhlil edilərək müvafiq tədbirlər görülmüşdür. Respublikanın bütün bölgələrində və o cümlədən Nərimanov rayonunda aparılan irimiqyaslı quruculuq və abadlıq işləri çərçivəsində bir çox köhnə istismar müddəti keçmiş binalar sökülərək, yerində müasir, milli memarlıq üslubunda binaların tikilməsi həyata keçirilir. Hesabat dövründə nümayəndəlikdə kargüzarlıq işləri Azərbaycan Respublikası  Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. 2014-cü ildə nümayəndəliyə Rayon İcra Hakimiyyəti Başçısının  aparatından 12 məktub, 7 sərəncam, sakinlər tərəfindən isə 89 şifahi müraciət daxil olmuşdur.Rayon İcra  İcra Hakimiyyətinin Başçısının nümayəndəsinin qəbulunda 86 nəfər olmuş və rayon İcra Hakimiyyətinin 1643 nömrəli “Qaynar Xətt”indən 63 zəng daxil olmuşdur.

  Nümayəndəlikdə qanuna uyğun olaraq vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılması, lazımi tədbirlərin görülməsi, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar verməsi, digər vəzifə və səlahiyyətlər hayata keçirilir.

Daha sonra yığıncaqda çıxış edən sakinlər hesabatla bağlı təklif və fikirlərini bildirmiş, müzakirələr apaılmışdır.

Keçidlər