Şriftin ölçüsü :

Saytın rəngi :

49 yaşı tamam olan Vətən Müharibəsi şəhidi, polkovnik – leytenant Qərib Baxşəliyevin ailəsi ziyarət olunub.

22 may 2026 | 17:32

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də şəhid polkovnik-leytenant Qərib İnqilab oğlu Baxşəliyevdir. Qərib Baxşəliyev 3 noyabr 2020-ci ildə Zəngilan rayonun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizin bu il mayın 22-də 49 yaşı tamam olacaqdı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və İcra Hakimiyyətinin məsul şəxsləri Qərib Baxşəliyevin ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər