Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Nərimanov rayonu əhalisinin tibbi müayinəsi keçirilib.

06 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ötən il olduğu kimi cari ilin fevral ayının 2-dən may ayının 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində 6 fevral 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasında rayon əhalisinin tibbi müayinəsi keçirilib. Vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunub.

Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, müayinələrin aparılmasının əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini qeyd edərək, Nərimanov rayonunda yerləşən bütün səhiyyə müəssisələrinin müayinələrin aparılmasına tam hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb.

Bütün bunların möhtərəm prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusilə vurğulayan İ.Mahmudova həmçinin bildirib ki, Rayon İcra Hakimiyyəti qarşısında duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.

İ.Mahmudova fevralın 2-dən etibarən artıq Nərimanov rayonu üzrə 3 min 917 nəfərin müayinələrdən keçməsinin təmin olunuğunu, onlardan 3 min 420 nəfərdə hər hansı bir xəstəliyin aşkar olunmadığı, 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edildiyini qeyd edib.

8 nömrəli şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğrulayıb. O, eyni zamanda xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər