"5 mart - Bədən tərbiyəsi və idman günü" münasibəti ilə veteran futbolçuların iştirakı ilə mini futbol turniri keçirilib.
"5 mart - Bədən tərbiyəsi və idman günü" münasibətilə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə veteran futbolçular və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin mədəniyyət və incəsənət sahəsinin nümayəndələri arasında mini futbol üzrə yoldaşlıq görüşləri keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri NüvərXasıyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak edərək iştirakçıları "5 mart - Bədən tərbiyəsi və idman günü" münasibətilə təbrik etmiş və komandaların üzvlərinə uğurlar arzulayıblar.
Həmçinin yoldaşlıq görüşündə veteran futbolçular Nazim Süleymanov, Vəli Qasımov, Elxan Abdullayev, Samir Ələkbərov, Nadir Şükürov, Hüseyn Məhəmmədov, Zaur İsmayılov və Araz Qulamov iştirak etmişlər.
Sonda komandalar diplom və hədiyyələr ilə təltif olunmuşlar.