Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzinin sakinləri ilə görüşüb.
Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onların arzu və istəklərini dinlədi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak etdi.
Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 100-dən artıq uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.