Həştərxan şəhərindəki Heydər Əliyev parkında “Meçta” uşaq əyləncə şəhərciyinin açılış mərasimi keçirilmişdir
Həştərxan şəhərindəki Rusiya və Azərbaycan Dostluğu körpüsünün açılışından sonra tədbirdə iştirak etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak etmişdir. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda yaradılmış “Meçta” uşaq əyləncə şəhərciyinin də açılışında iştirak etmişlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılmış, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılmışdır. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
Layihəyə əsasən ərazidə yumşaq örtüklü, xüsusi tərtibatı ilə seçilən uşaq meydançası yaradılmış, uşaqların və sakinlərin istirahəti üçün lazım olan bütün şərait yaradılmışdır. Burada xarici görkəmi və orijinal tərtibatı ilə diqqəti cəlb edən müxtəlif növ fiqurlardan ibarət heykəltaraşlıq nümunələri qoyulmuşdur.
Parkda əyləncə qurğuları, kölgəliklər quraşdırılmış, uşaq oyun kompleksləri düzəldilmiş, parkdaxili piyada yolları salınmışdır.
Parkın açılışını şəhər sakinləri, xüsusilə azyaşlılar böyük sevinclə qarşılamışlar.