Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.
Belə ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası və Rayon İcra Hakimiyyəti ilə birgə rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən ərazidə yaşıllıq zolağı salıb. Artıq yeddi ildir ki ənənəvi olaraq davam edən ağacəkmə kampaniyası nəticəsində qeyd olunan ərazidə 5000-dən çox İtaliyadan gətirilmiş Leylandra və müxtəlif növ digər ağac və kol bitgiləri əkilib və həmin ağaclar boy ataraq hündürlükləri 2-3 metrdən 8-10 metrə çatıb.
Ənənənin davamı olaraq 6 may 2015-ci il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Yeni Azərbaycan Partiyası rəhbərliyinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac və kollar əkilib.