Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan Gənclər Siyasəti” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.

06 may 2015 | 15:00

06 may 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və YAP Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində “Heydər Əliyev – Azərbaycan Gənclər Siyasəti” mövzusunda rayon gənclərinin toplantısı keçirilib. 
  Toplantıda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Miri Həsənov, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fal üzvləri iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışılıb. N.Novruzov qeyd etmişdir ki, tarix boyu Azərbaycan dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar, siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu öndərimizin adı ilə bağlıdır.
  Sonra Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Miri Həsənov çıxış edərək dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
  Həmçinin YAP Nərimanov Rayon Gənclər Birliyinin üzvü A.Ağamirov, Azərbaycan Kooperasiya Universitetinin tələbə-gənclər təşkilatının sədri T.Əkbərov, “Təfəkkür” Universitetinin tələbə-gənclər təşkilatının sədr müavini A.Cabbarlı və digər şəxslər çıxış edərək ilk növbədə Heydər Əliyev siyasətinin dünyada örnək və nümunəvi siyasət olmasından, bu siyasətin əsas qolunu təşkil edən gənclər siyasətinin Azərbaycan gəncliyinə yaratdığı imkanlar və bu imkanların verdiyi töhfələrdən bəhs etdilər. 
  Həmçinin Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün dünyada Azərbaycan gəncinə açdığı qapılardan və bu siyasətin ilk addımları atılan zaman bunun canlı şahidi olmuş insanların öz xatirələrinin bölüşməsi də tədbirdə böyük marağa səbəb olmuşdur.

Keçidlər