Nərimanov rayonu tam orta məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbirlər keçirilir.
Nərimanov rayonunda yerləşən təhsil müəssislərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə böyük şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edilib, gənc nəslə dahi azərbaycanlının həyat və fəaliyyəti barədə məlumat verilib.
7 may tarixində rayon ərazisində yerləşən Məktəb Lisey Kompleksi, 193 saylı məktəb və 291 saylı Ekologiya liseyində keçirilən tədbirlərdə Qeyd olunub ki, Ulu Öndər gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev milli təfəkkürün inkişafına daim böyük önəm verirdi. Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Liderin xidmətləri misilsizdir.
Təşkil olunun tədbirlərdə şagirdlər müdrik siyasi xadim Heydər Əliyev haqqında ürək sözlərini, düşüncələrini, Ümummilli Liderə sonsuz sevgi və məhəbbətlərini ifadə ediblər.
Həmçinin məktəblərdə müxtəlif bilik yarışları da təşkil olunmuşdur.