Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti keçirilib.

09 may 2015 | 15:00

9 may 2015-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azad Azərbaycan Televiziyasının birbaşa yayımı  ilə Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti keçirilib.
     Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhər sakinlərinin və qonaqların qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilib.
   Bayram ab-havasını əks etdirən xüsusi geyimli gənc fəalların konsertin gedişatı boyunca üçrəngli bayraqlarımızı dalğalandırması tamaşaçılarda ruh yüksəkliyi yaradaraq, böyük coşqu ilə qarşılanıb.
    Konsert proqramını daha baxımlı və rəngarəng etmək üçün səhnədə xüsusi işıqlandırma və lazer şousu və yaxın günlərdə paytaxtımızda keçiriləcək 1-ci Avropa Oyunlarını əks etdirən video çarxlar nümayiş etdirilib.
  Gecəyədək davam edən konsert proqramı onu böyük coşqu və maraqla izləyən sakinlərdə və şəhərimizin qonaqlarında zəngin təəssüratlar yaradıb.
    Sonda ənənəvi olaraq möhtəşəm atəşfəşanlıq olub.

Keçidlər