Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

01 iyun 2015 | 15:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə rayonda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram tədbiri keçirilib.
  Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Natiq, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki,  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və Məktəb Kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə  ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov və digər çıxış edən tədbir iştirakçıları bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda  uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.
Eyni zamanda, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, onlara əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasını əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğu xüsusi olaraq vurğulanıb.
Bayram tədbiri incəsənət ustalarının ifaları və uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirilib.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Keçidlər