Nərimanov rayonunda "Açıq əyləncəli futbol məktəbi" adlı layihə keçirilib
04 iyul 2015-ci il tarixdə Nərimanov rayon ərazisində yerləşən Məktəb-Lisey Kompleksin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyasının birgə təşkilatçılığı ilə "Açıq əyləncəli futbol məktəbi" adlı layihə həyata keçirilib.
Tədbirin təşkil edilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan uşaq və yeniyetmələrinin xüsusi futbol konsepsiyasından istifadə etmək, onların ümumi maraq naminə birləşməsindən ibarətdir.
Layihədə rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrdən olan 90 nəfər uşaq və yeniyetmə iştirak etmişdir.
Tədbirin açılış mərasimində Azərbaycan Futbol Federasiyaları Assosiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmişlər.
Tədbirdə iştirak edən uşaq və yeniyetmələrə futbol topları, mayka və papaqlar paylanmışdır.