Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

21 iyul 2015 | 15:00

22 iyul - Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Rayon rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov jurnalistləri bayram münasibətilə təbrik edib, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi xatırlanaraq, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi xüsusi vurğulanıb.
Natiq, həmçinin ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib.
Daha sonra Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirib, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli çıxış edərək dövlətimizin başçısının ölkə həytının bütün sahələrinə oldüğü kimi jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. Bildirilib ki,  jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi və yaxın zamanlarda onların ixtiyarına veriləcək yeni binanın inşası buna parlaq nümunədir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının inkişaf tarixindən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə çixiş edən digər media təmsilçiləri mətbuatımızın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər .
Sonda bayram münasibətilə bir qrup jurnalistə milli mətbuatın inkişafındakı xidmətlərinə, respublikamızın, o cümlədən də Nərimanov rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə Rayon İcra Hakimiyyəti tərəfindən  fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər