Şriftin ölçüsü :

Saytın rəngi :

“Tullantıları təkrar emala verək, zibil yeşikləri alaq!” adlı aksiya keçirilib

19 oktyabr 2015 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Green Baku” Ekoloji Gənclər Birliyi, “Çevrə Dostu” Qəbələ ekologiya cəmiyyəti tərəfindən Nərimanov rayonunda ilk dəfə tullantıların təkrar emala verilməsi ilə əlaqədar ekoloji aksiya keçirildi. Polietilen tullantıların yiğılması ilə bağlı aksiya təşkil olundu və 100 kq-a qədər polietilen torba kütləsi toplandı.
Bu aksiyada əsas məqsəd insanları maarifləndirmək, məişət tullantıllantılarının əslində tullantı olmadığını insanların nəzərinə çatdırmaq, insanları daha az tullantı yaratmağa səsləmək və lazımsız bildikləri tullatıları təkrar emala göndərmələrinə bir növ dəstək olmaqdır. Könüllülər tərəfindən yığılan polietlien tullantılar Sumqayıtda yerləşən təkrar emal zavoduna göndərildi.
  Statistikaya görə bu cür paketlər 60 ildən sonra çürüməyə başlayır, iri şəhər sakinlərindən hər biri hər ay təxminən 24 sellofan paket istifadə edir. Bu paketlər birdəfəlik istifadə üçün nəzərdə tutulduğuna görə tez-tez zibilliyə atılır. Onların yandırılması zamanı isə havaya zərərli maddələr xaric olunur. Külək vasitəsilə ətrafa yayılan zərərli maddələr isə sağlamlığımıza zərər verir. Bu layihə demək olar ki, Azərbaycanda bu sahədə atılan ilk addımdır. 
  “Green Baku” (Qrin Baku – ingiliscədən Yaşıl Bakı) - 2010-cu ilin iyul ayında azərbaycanlı tələbələr tərəfindən əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının və Bakı şəhərinin ekoloji problemlərinə, məişət tullantıların artmasına yönəltmək məqsədilə yaradılmış ekoloji gənclər təşkilatıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Təmiz Şəhər” ASC kimi dövlət, “Green Peace” və “350.org” kimi beynəlxalq nüfuzlu ekoloji təşkilatlar tərəfindən tanınmaqdadır. Hərakatın əsas fəaliyyət sahələri küçələrin məişət tullantılarından azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökümət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Təşkilat öz fəaliyyəti dövründə 30-dan artıq müxtəlif səpkili ekoloji aksiyalar, yerli və beynəlxalq əhəmiyyətli layihə və proqramlar həyata keçirmişdir.
  Onu da qeyd edək ki, təkrar emala olan maraq gündən-günə gənclər arasında daha geniş yayılmağa başlayıb. Belə ki, ASAN xidmət və İDEA beynəlxalq kampaniyası ilə birlikdə kağızların təkar emalı proqramını keçirir.

Keçidlər