Nərimanov rayonunda da seçkilərə start verilib
Azərbaycan Respublikasında Milli Məclisə 5-ci çağırış seçkilər keçirilir. Nərimanov rayonunda da həmçinin seçki prosesi 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci seçki dairələri üzrə seçici fəallığı müşahidə olunur.
Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 789 nəfərdir. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılıb.
18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Nərimanov rayonunda hazırda 16 məntəqə mövcuddur. Nərimanov rayonu üzrə sözügedən seçki dairəsində qeydə alınan 20 min 722 seçici var. Seçki dairəsinin Nərimanov rayonu üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə hazırda 35 məntəqə mövcuddur. Ümumilikdə bu dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə qeydə alınan 46 min 077 seçici var.
20 saylı Nərimanov 2-ci seçki dairəsinin ərazisində 33 seçki məntəqəsi mövcuddur. Dairə üzrə 43 min 990 seçici qeydə alınıb. Bu dairəni əhatə edən 10 məntəqədə veb-kamera quraşdırılıb.