Nərimanov rayonunda seçki prosesi seçici fəallığı ilə davam edir
01 noyabr 2015 | 16:00
18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci seçki dairələri üzrə cəmi 84 məntəqədə seçki prosesi seçici fəallığı ilə davam edir
Bütün məntəqələrdə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. Məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompüter, digər zəruri avadanlıq və xidmətlərlə təmin olunub.
Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatları, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər izləyir.