Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Mən Vətənimi necə tanıyıram?” adlı bilici bilik yarışması keçirilib.

08 noyabr 2015 | 16:00

05-07 noyabr 2015-ci il tarixlərində Nərimanov rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən Vətənimi necə tanıyıram?” adlı bilici bilik yarışması keçirilib. 
  Layihənin məqsədi məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə və gənclərin vətənpərvər ruhunda böyüməsinə dəstək olmaqdır.
  Qeyd edək ki, bilik yarımasında ümumilikdə 100 nəfər şagird iştirak edərək birinci yer uğrunda mübarizə aparmışdır. Final oyunundan sonra I yeri 291 saylı ekologiya liseyin, II yeri 212 saylı məktəbin, III yeri isə 57 saylı məktəbin komandaları tutmuşlar.
  Sonda qalib gəlmiş komandalar diplom, kubok və hədiyyələr ilə təltif ediliblər.

Keçidlər