Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihə həyata keçirilib.

10 noyabr 2015 | 16:00

02-08 noyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda fəaliyyət göstərən 6 ali təhsil müəssisələrində: Azərbaycan Müəllimlər İnstitutunda, "Bakı Avrasiya" Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, "Odlar Yurdu" Universitetində, "Təfəkkür" Universitetində və Azərbaycan Kooperasiya Universitetində “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin seminarları və treninqləri keçirilmiş, hər seminarda 100 nəfərdən çox gənc iştirak etmişdir.
  Layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.
  Seminarlarda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, “Gənclər üçün Təhsil Mərkəzi”nin direktoru Fəxrəddin Həsənzadə və “Mənim təhsilim – mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.

Keçidlər