Azərbaycan Müəllimlər İnstitutunda “Bilik günü” qeyd olunmuşdur
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 15 sentyabr - “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı rəhbərlik etdiyi ali təhsil ocağında keyfiyyətli təhsil üçün yaradılmış şəraitdən, institut və onun filiallarına tələbə qəbulunun nəticələrindən danışmışdır.
Rektor ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin cəmiyyətdə yüksək razılıqla qarşılandığını qeyd edərək birinci kurs tələbələrini təbrik etmiş, onlara təhsildə uğurlar, institutun ictimai həyatında fəallıq arzulamışdır
Qonaqlar ali məktəb tələbələrinin təhsili üçün yaradılan şəraitlə tanış olaraq burada əlverişli təhsil mühitinin yaradılmasından razılıqlarını ifadə ediblər. Çıxışlarda dövlət təhsil siyasətinin uğurları, həyata keçirilən layihələr və əldə edilən uğurlara xüsusi diqqət yetirilib.