Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib

12 dekabr 2015 | 16:00

11 dekabr 2015-cü il tarixdə Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, YAP Nərimanov Qadınlar təşkilatının nümayəndələri və liseyin müəllim və şagirdləri iştirak ediblər.
Mərasimdən öncə tədbir iştirakçıları məktəbin foyesində Ulu öndərin anım gününə həsr olunmuş şagirdlər arasında şahmat yarışını izləmişlər.
Azərbaycan Respublikasının himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə liseyin direktoru Məhbubə Məmmədova açaraq Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik, həm də güclü bir Azərbaycan qurmaq uğrunda gördüyü böyük işlərdən danışdı.
Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik  dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verdi. Natiq qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra məktəblilər Ulu Öndərə həsr olunmuş şeyirlər söyləmiş, videoçarxlar izlənilmişdir.

Keçidlər