Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı Modern Məktəb”in təntənəli açılış mərasimi olmuşdur.

18 sentyabr 2012 | 15:00

17 sentyabr 2012-ci il tarixdə Bakının Nərimanov rayonunda “Bakı Modern Məktəbi”nin açılışı keçirilib. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Adil Əliyev, Harvard Universitetinin beynəlxalq layihələr üzrə prezidenti, professor Farhud Kaffi, Kaliforniya Universitetinin professoru doktor Tamar Endryus iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev yeni təhsil ili ərəfəsində daha iki məktəbin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini bildirərək, rayon təhsil müəssisələrinin yüksək nəticələr əldə etdiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafına dövlətin diqqət və qayğısının nəticəsi olaraq 160-dan çox yeni məktəbin inşa edildiyini, bir çox təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını qeyd edib. “Bakı Modern Məktəbi”nin də paytaxtın təhsil sistemində özünəməxsus yer tutacağına əminliyini bildirən nazir, müəssisənin şagird və müəllim kollektivinə yeni dərs ilində uğurlar arzulayıb.
Məktəbin direktoru Gülnarə Əfəndiyevanın verdiyi məlumata görə, məktəbdə 1-10-cu siniflərə 305 şagird qəbul edilib. Azərbaycan və rus bölmələri ilə yanaşı, 1-ci siniflər üçün ingilis bölməsi də açılıb. Burada tədris Azərbaycan təhsil proqramlarına uyğunlaşdırılan Harvard Universitetinin proqramlarına əsasən təşkil olunacaq. Təhsil metodlarının ənənəvi yox, fəal təlim metodlarına uyğun qurulacağı müəssisədə ingilis dilinin tədrisinə ayrılan saatların sayı həftə ərzində 5-ə çatacaq. Həmçinin, informatika fənninin həftədə 3 saat tədrisi nəzərdə tutulur.
Burada tədris Harvard Universitetinin proqramlarına əsasən təşkil olunacaq. Dərsdən sonra şagirdlərin rəsm, musiqi, rəqs, üzgüçülük dərnəklərində məşğul olması üçün hərtərəfli şərait var. “Bakı Modern Məktəbi”ndə 8-ci sinifdən etibarən şagirdlərin sürücülük kurslarında iştirakı da planlaşdırılır ki, bu məqsədlə xüsusi otaq yaradılıb. Qiymətləndirmənin 50 ballıq cədvəllə aparılacağı məktəbdə hər bir şagirdin inkişaf kartı vasitəsilə fənlər üzrə əldə etdiyi nəticələri izləmək mümkün olacaq.
 

Keçidlər