Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon komandası Bakı şəhər çempionu oldu

19 fevral 2016 | 16:00

17-19 fevral 2016-cı il tarixlərində Nərimanov rayonu ərazisində yerləşən 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışlar keçirilmişdir. Yarışda 10 rayon komandası tərkibində 50 nəfər (onlardan 20 nəfəri qızlardır) iştirak etmişdir. 
Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 228 nömrəli tam orta məktəbin komandası, IV yeri Yasamal rayonu "Gənc istedadlar" liseyinin komandası, V yeri Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası, VI yeri Xətai rayonu 27 saylı tam orta məktəbin komandası, VII yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, VIII yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, IX yeri Səbail rayonu 239 nömrəli tam orta məktəbin komandası və X yeri Nəsimi rayonu Elitar Gimnaziyanın komandası tutmuşlar.

Keçidlər