Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsini anılır.

26 fevral 2016 | 16:00

26 fevral 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Nərimanov rayonunun ictimaiyyəti, rayonun idarə və təşkilatlarının əməkdaşları, rayon ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişdir. Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmiş və abidə önünə gül dəstələri qoyulmuşdur.
Xocalı soyqırımının 24-ci ildönümü ilə əlaqədar, rayonun idarə və təşkilatlarında, ümumtəhsil müəssisələrində insanlığa qarşı cinayət olan bu dəhşətli faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir.
Ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 24 il ötür. Ancaq onun ağrı-acıları hələ də qəlbimizdə yaşayır. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.

Keçidlər