Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Dünyanı heyran edən insan” mövzusunda tədbir keçirilib.
4 may 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Məktəb Lisey Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Dünyanı heyran edən insan” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Azərbaycanın ən yeni tarixinin inkişafı, dünyaya inteqrasiyası Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu əsirlər boyu unudulmayacaq. O, təkcə rəhbər uox, sözün əsl mənasında, millətin atası idi. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq siyasətinin silinməz izləri var.
Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olub.
İ.Mahmudova vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən eilmiş strategiya həm xarici siyasətdə, həm iqtisadiyyatda, həm də bütün başqa sahələrdə Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam edirilir. memarı və qurucusu ümummilli liderimiz olan Azərbaycan dövləti yaşayır və inamla inkişaf edir.
Daha sonra tədbirdə məktəb şagirdləri tərəfindən Ulu Öndərə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeyirlər söylənmiş və səhnəciklər nümayiş olunmuşdur.