Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Nərimanov rayonunda “Breyn-rinq” İntellektual Oyunu keçirilib
05 may 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetinin akt zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında “Breyn-rinq” İntellektual Oyunu keçirilmişdir.
Oyunun keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru İlham Hüseynov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Toğrul Əliyev, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və 50 nəfər tələbə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ilk öncə qonaqları salamladı, gələn qonaqlara təşəkkürünü bildirdi və çıxış üçün sözü Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova verdi.
İdarə rəisi Nəcəf Novruzov öz növbəsində iştirakçıları salamladı, yaradılmış şəraitə görə Universitetin rəhbərliyinə təşəkkürünü bildirdi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Çıxışının sonunda bütün iştirakçılara uğurlar arzuladı.
Keçirilən oyunda Azərbaycan Kooperasiya Universitetinin tələbələrindən ibarət 8 komanda iştirak etmişdir. Onlardan I yeri Marketinq və menecment fakultəsinin komandası, II yerə İqtisadiyyat fakultəsinin komandası, III yerə isə Ekspertiza və texnologiya fakultəsinin komandası tutmuşdur.
Qalib gələn komandalar diplom və medallar ilə təltif olunmuşdur.