Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu üzrə məhəllələrarası mini futbol turniri yekunlaşmışdır.

05 oktyabr 2012 | 15:00

4 oktyabr 2012-ci il tarixdə Bağça-Məktəb-Lisey Kompleksin futbol meydançasında Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnirə yekun vurulmuşdur. Turnirin III yer uğrunda oyununda Neftçi – Azəri komandaları və final oyununda Gənclik – Qarabağ komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. III yer uğrunda keçirilən oyunda 3:1 hesabi ilə Neftçi komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda 4:1 hesabi ilə Gənclik komandası qalib gələrək turnirin qalibi adını qazanmışdır. 2000-2001-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 18 komanda tərkibində 180 nəfər iştirak etmişdir.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, Respublika Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətrəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.
 

Keçidlər