Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Multikulturalizm və tolerantlıq diyarı - Azərbaycan” adlı tədbir keçirilib.

07 noyabr 2016 | 16:00

07 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatında “Multikulturalizm və tolerantlıq diyarı - Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev, rayon ictimaiyyəti və fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan etməsində məqsəd Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir.
İ.Mahmudova qeyd etmişdir ki, artıq Azərbaycan multikulturalizmi bütün dünya üçün örnəyə çevrilməkdədir və bir sıra dövlətlər multikulturalizmin Azərbaycan modelinə üstünlük verərək, həmin modeli öz ölkələrində tətbiq etmək istəyirlər.
Sonra çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev və digər çıxışçılar bildirmişlər ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcəkdir. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.
Nərimanov rayonunda fəaliyyət göstərən 6 dinin icma, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin rayon şöbəsi, Rus Mədəniyyət Mərkəzi, Şevçenko adına Ukrayna İcması, Azərbaycan – Rus İcmasının rayon Şöbəsi ilə konstruktiv əməkdaşlığın və ictimai əlaqələrinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır.

Keçidlər