Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

08 dekabr 2016 | 16:00

  08 dekabr 2016-cı il tarixdə 178 saylı tam orta məktəbin futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
  Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 10 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Bakı Humanitar Kollecin, İdarəetmə və Texnologiya Kollecin və Bakı Kooperasiya Kollecin komandaları.
  Turnirdə I yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, II yeri Azərbaycan Dövlət İqtisad Universitetinin komandası, II yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutmuşdur.
  Turnirin bağlanış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, 178 saylı tam orta məktəbin direktoru Yusif Məmmədov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, tələbə-gənclər təşkilatlarının sədrləri və KİV nümayəndələri iştirak etmişdir.
  Turnirin mükafatlandırma mərasiminindən öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
  Qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və medallar ilə təltif edilmişlər.

Keçidlər