Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

10 yanvar 2017 | 16:00

10 yanvar 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, nümayəndəliyin ərazisi - 12,25 kv.km,  əhalisi  30246- nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı isə 6683-dür.
Nümayəndəlikdə sənədləşdirmə və karküzarlıq işləri ”AR-nın rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”a uyğun olaraq aparılır. Nümayəndəlikdə vətəndaşların qəbulu müəyyən olunmuş qrafik əsasında həyata keçirilir, lakin imtiyazlı şəxslər, şəhid ailələri və müharibə iştirakçıları növbədənkənar qəbul edilirlər.  Onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılmasına qayğı və həssaslıqla yanaşılması tələb olunur.
2016-cı ildə nümayəndəliyə RİHB aparatından 4 məktub, 5 sərəncam,7 əmr, idarə və müəssisələrdən 26 məktub, vətəndaşlar tərəfindən 64 müraciət və 1643 nömrəli  Qaynar Xəttindən 12 zəng daxil olmuşdur. Daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuş və Rayon İcra Hakimiyyəti başçısının sərəncam və əmrləri vaxtlı-vaxtında icra edilmişdir. Qaynar xəttdən daxil olan müraciətlərin operativ qaydada araşdırılması və tədbir görülməsi üçün nümayəndəlikdə 480-46-53 nömrəli “Xüsusi xətt” xidməti fəaliyyət göstərir. Ötən ildə nümayəndənin qəbulunda 124 nəfər olmuş və qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, çoxmənzilli yaşayış binalarında eyvanın artırılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, tikinti şirkətləri tərəfindən ərazidə yararsız olan binalardan köçürülən sakinlərə yeni yaşayış binası tikilənədək kirayə haqqı ödənilməsi və bu layihələrin həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərə əvvəlki mənzillərinin sahəsindən 20-30 % artıq olmaqla tam təmirli yeni mənzillərin verilməsinin dəqiqləşdirilməsi, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələrlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir. Qaynar Xəttdən daxil olan müraciətlər ciddi nəzarətə götürülmüşdür. Həmin müraciətlərdən 1-i qanunsuz tikili, 3-ü binaların I mərtəbəsində fəaliyyət göstərən iaşə obyektlərində bişirilən yemək iylərinin və səs-küyün yuxarı mərtəbələrdə yaşayan sakinləri narahat etməsindən, 1-i çoxmənzilli yaşayış binaların məhəllədaxilində kanalizasiyanın daşması, 2-i yuxarı qatdakı mənzildən obyektə su damması, 1-i vətəndaşlığı olmayan arvadının yaşayış yeri üzrə daimi qeydiyyata alınmaması, 1-i məktəbə, 1-i  uşaq bağçasına qəbul olunmama, 1-i əvvəllər yaşadığı ünvanda bina söküldüyündən yeni yaşayış binası tikilənədək qonşu rayonda kirayədə yaşadığından rayonumuzda fəaliyyət göstərən 7 saylı qadın məsləhətxanasında növbəyə götürülməməsi və 1-i küləkli-qarlı havada yıxılmış ağacın həyətdən yığışdırılmasına köməklik göstərilməsi barədə olmuşdur. Daxil olmuş müraciətlərin hər biri araşdırılmış, təhlil olunmuş və vaxtında icra edilmişdir.
Yığıncaqda daha sonra çıxış edən sakinlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.

Keçidlər