Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.
13 yanvar 2017-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Bu dəyişikliklər Nərimanov rayonunda bütün sahələr üzrə öz əksini tapmış, son illər ərzində bir sıra əhəmiyyətli işlər, geniş miqyaslı abadlıq-quruculuq işləri və irimiqyaslı layihələr həyata keçirilmişdir.
Paytaxtımızın sürətlə inkişaf edən rayonlarından olan Nərimanov rayonunun 4,9 km2-dən ibarət olan 2 nömrəli sahə inzibati ərazisi dairəsində hal-hazırda 70474 nəfər əhali yaşayır və yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 18272-dir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi öz fəaliyyətini İcra Hakimiyyəti Başçısının tapşırıqlarını yerinə yetirmək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək İcra Hakimiyyəti Başçısına təkliflər vermək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaqdan ibarətdir.
Hesabat dövründə nümayəndəliyin ərazisində Rayon İcra Hakimiyyəti başçısının 11 səyyar görüş və qəbulları keçirilmişdir. Keçirilən səyyar görüş və qəbullar zamanı 990 sakin iştirak etmiş və 107 müraciət qeydə alınmışdır. Edilən müraciətlər təhlil edilərək müvafiq tədbirlər görülmüşdür. Respublikanın bütün bölgələrində və o cümlədən Nərimanov rayonunda aparılan irimiqyaslı quruculuq və abadlıq işləri çərçivəsində bir çox köhnə istismar müddəti keçmiş binalar sökülərək, yerində müasir, milli memarlıq üslubunda binaların tikilməsi həyata keçirilir.
Hesabat dövründə nümayəndəlikdə kargüzarlıq işləri Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. 2016-cü ildə nümayəndəliyə Rayon İcra Hakimiyyəti Başçısının aparatından 2 məktub, 7 sərəncam, sakinlər tərəfindən isə 98 şifahi müraciət daxil olmuşdur. Rayon İcra İcra Hakimiyyətinin Başçısının nümayəndəsinin qəbulunda 57 nəfər olmuş və rayon İcra Hakimiyyətinin 1643 nömrəli “Qaynar Xətt”indən 52 zəng daxil olmuşdur. Qəbula gələn vətəndaşlar tərəfindən əsasən maddi köməklik edilməsi, torpaq sahəsinin ayrılması, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı müraciətlər olmuşdur. Müraciətlərin əksəriyyəti səlahiyyətlərimiz çərçivəsində öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi geniş və çoxşaxəli siyasi kursun yerlərdə təbliği ilə əlaqədar məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin operativ qaydada əhaliyə çatdırılması məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş qrafikə uyğun olaraq, rayonun idarə və müəssisə rəhbərləri, ziyalı və ağsaqqallarından ibarət təbliğat qrupları ərazinin müxtəlif müəssisə və təşkilatlarında, həmçinin əhalinin mədəni-kütləvi tədbirlər otağında sakinlərin iştirakı ilə görüşlər keçirmişdir. Keçirilmiş 17 görüşdə ümumilikdə 1414 nəfər iştirak etmişdir. Görüşlərdə təbligat qrupları üzvlərinin çıxışları dinlənilmiş, iştirakçılar arasında diskussiya aparılmışdır.
Daha sonra yığıncaqda çıxış edən sakinlər hesabatla bağlı təklif və fikirlərini bildirmiş, müzakirələr apaılmışdır.