Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq xüsusi qrafik üzrə rayonun Yeni Azərbaycan Partiyası və Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev muzeyində ümumtəhsil məktəblərin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər müvəffəqiyyətlə həyata keçirilir.
Dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.
Bu dərslərdə həyat və fəaliyyətini öz xalqının xöşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunur, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilir, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılır.
Nərimanov rayon Yeni Azərbaycan Partiyası təşkilatında keçrilən dərsin yekununda təhsildə əldə etdiyi nailiyyətlərə, nümunəvi nizam-intizamına, həyata keçirilən layihələrdə fəal iştirakına görə bir qrup şagirdlər Fəxri Fərmanlarla təltif olunmuşdur.