Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

26 aprel 2017 | 16:00

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə imzalanmış, “Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Nərimanov RİH başçısının 2017-ci il 21 aprel tarixli 164 nömrəli Sərəncamına uyğun olaraq, Nərimanov RİH adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi təsdiq edilmişdir:

- Nərimanov RİH başçısının birinci müavini İbadov Şahmar Bəybaba oğlu;

- Nərimanov RİH başçısı Aparatının Hüquq şöbəsinin  müdiri Calalov Firdovsi Savalan oğlu.


Nərimanov RİH başçısının müvafiq Sərəncamı ilə tam şəkildə, daxil olduğunuz rəsmi internet səhifəsinin (www.narimanov-ih.gov.az) “Qanunvericilik” bölməsinin “Fərman və Sərəncamlar” alt bölməsində tanış olmaq mümkündür.

Keçidlər