Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib.

30 may 2017 | 16:00

Mayın 30-da Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib. “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Nərimanov Rayon İcra hakimiyyətinin məsul əməkdaşlar, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vaqif Mehdiyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. Azərbaycanın tarixən milli və dini baxımdan hər zaman tolerant ölkə olduğunu vurğulayan məktəb direktoru, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmiz ərazisində azadlıq və dostluq mühitində yaşadıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev mövzu ilə əlaqədar  məruzə ilə çıxış edib. Bildirilib ki, günümüzdə İslam həmrəyliyi radikalizmə qarşı ciddi mübarizə metodudur. V.Musayev öz növbəsində gənclərə radikal dini cərəyanların təsirinə düşməmək üçün müvafiq tövsiyələrini çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. P.Əlizadə ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığını qeyd edib. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan məruzəçi hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Keçidlər