Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Narkotiklərlə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.

22 iyun 2017 | 16:00

Nərimanov rayonunda yerləşən idarə və müəssisələrdə 26 iyun “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş və Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilməsi barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar tədbirlər keçirilir.
22 iyun 2017-ci il tarixində Bakı Avrasiya Universitetində təşkil olunan tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri və komissiyanın sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı qrupunun əməkdaşı Raqif Allahverdiyev, universitetin müəllim və şagirdləri, hüquq–mühafizə orqanlarının əməkdaşları səhiyyə işçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişlər. uşaqların və gənclərin zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəsisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğu bildirilib.
Sonda tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.

Keçidlər